Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novi Pazar şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Bu barədə 17 mart tarixində Report məlumat verib.
İmzalanma mərasimi Azərbaycan Prezidentinin Şuşadakı Xüsusi Nümayəndəliyinin inzibati binasında keçirilib.
Sənədləri Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaç imzalayıblar.
Beləliklə, ilk dəfə olaraq, Şuşa şəhərində qardaşlaşma haqqında memorandum imzalanıb.
Qeyd edək ki, Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaçın rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərinə rəsmi səfərə gəlib.
Səfər Azərbaycan Prezidentinin Şuşadakı Xüsusi Nümayəndəliyinin dəvəti ilə baş tutub.