Ötən ay dövlət sərhədini pozan 39 nəfər saxlanılıb. Bu barədə aprelin 1-də Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Onların 23 nəfəri Azərbaycan, 5-i Pakistan, 5-i Yəmən, 4-ü İran, 1-i Türkiyə, 1-i Ukrayna vətəndaşları оlmuşlar.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində 3 milyon 718 min 953 manat dəyərində qaçaqmal, о cümlədən tütün məmulatları, spirtli içki saxlanılmışdır.