Xırdalanda həyat yoldaşını öldürən və oğluna müxtəlif xəsarətlər yetirən Ağaməhəmməd Əhmədovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. Bu barədə martın 31-də Report məlumat yayıb.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Hadisə ötən ilin dekabrında şəhərin Quşçuluq yaşayış massivində qeydə alınıb. Belə ki, 63 yaşlı A.Əhmədov yaşadığı evdə aralarında yaranan mübahisə zamanı 59 yaşlı həyat yoldaşını qətlə yetirib, 37 yaşlı oğluna isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Onun barəsində “qəsdən adam öldürmə” və “iki və ya daha çox şəxsi öldürməyə cəhd” maddələrilə ittiham irəli sürülüb.