Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası istisna olmaqla, digər ölkələrə ət ixracını dayandırır. Bu haqda martın 25-də Haber Global xəbər verib.
Məlumatda deyilir ki, mal-qara, qoyun və keçi ətinin ixracı yeni bir təlimatın verilməsinə qədər qadağan edilir.
Bu qərarın verilməsinə səbəb ölkədə ətin qiymətinin artması olub.
Qeyd edək ki, 2021-ci ilin ilk iki ayı ərzində Azərbaycan xaricdən 12 milyon dollar dəyərində 7 min tondan çox ət idxal edib.