Tərtərdə elektrik naqillərini oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini saxlanılıb. Bu barədə martın 24-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Onun ətrafında davam etdirilən araşdırmalarla vətəndaşa məxsus 1500 manat dəyərində su motoru da oğurladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.