Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 45 min nəfəri ötüb. Bu barədə İnsanoid Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən bu gün, 1mart tarixində məlumat verir.
Təbii fəlakət 45 089 nəfərin ölümünə səbəb olub. 6 fevral tarixində baş verən güclü zəlzələdən sonra indiyə qədər 11 020 afterşok qeydə alınıb. Eyni zamanda zəlzələ bölgəsindən 1 971 589 şəxs təxliyə edilib.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İlk zəlzələlər, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.