"Azərbaycanın tanınmış tarzəni Mirzə Sadıqcanın Şuşada doğulub boya-başa çatdığı evi təmir olunacaq". Bunu Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı İsmayıl İsmayılov deyib.
Bu barədə 11 mart tarixində Report məlumat verib.
Onun sözlərinə görə, bu ildən təmir-bərpa işlərinə başlanılacaq.
Qeyd edək ki, Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən Mirzə Əsəd oğlu Sadıqın (Mirzə Sadıqca) yaşadığı ev XIX əsrə aiddir.
Sadıqcanın evi Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılıb. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilib.