Tərtərdə su kanalı uçub. Bu barədə dekabrın 10-da APA xəbər yayıb.
Hadisə gecə saatlarında baş verib. Nəticədə Suqovuşandan Xan kanalı vasitəsilə gələn suvarma suyu Ağdamın Təzəkənd kəndini basıb.
Su fərdi yaşayış evlərinin həyətyanı sahəsini və əkin sahələrini basıb.
Nəticədə evlərə və əkin sahələrinə ziyan dəyib. Hadisə yerinə cəlb olunan texnikalar suyun qarşısını almağa çalışır.