Azərbaycanda sosial şəbəkədə yeni realiti-şou start götürüb. Bu barədə İnsanoid bu gün, 18 yanvar tarixində xəbər verir.
Aparıcı Azər Zahidin “TikTok” sosial şəbəkəsində başlatdığı teleproyektdə məşhur tiktokerlər iştirak edirlər.
Iki gün ərzində böyük tamaşaçı marağı qazanan şouya 47 mindən çox izləyici baxıb. Bu isə ölkə miqyasında rekord deməkdir.
İzləyicilər tərəfindən 2 gün ərzində 2.2 milyon qəpik, yəni 17 min manat göndərilib.
Baxış sayına görə rekorda imza atan layihə bir çoxları tərəfindən birmənalı qarşılanmayıb. Proyekti tənqid edənlər də olub, normal qarşılayanlar da.