Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə apreliln 3-ü saat 23:00 radələrində baş verib. Atəş Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsindən açılıb.
Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görülüb. Heç bir itki yoxdur.