Tovuz Təhsil İdarəsində ölüm hadisəsi qeydə alınıb. Bu barədə İnsanoid Apa-ya istinadən bu gün, 19 yanvar tarixində xəbər verir.
Ötən gün Qazax-Tovuz Regional Təhsil İdarəsində keçirilən idarə müdirinin vətəndaş qəbulu zamanı vətəndaş Abdıyev Elçin Nadir oğlunun qəfildən halı pisləşib, əməkdaşların və təcili-tibbi yardımın ilkin müdaxiləsinə baxmayaraq, Elçin Abdıyev dünyasını dəyişib.
Bu barədə Regional Təhsil İdarəsindən xəbər verilib.
Elçin Abdıyev uzun illər Tovuz təhsilinə xidmət edib.