Tovuzda oğurluq hadisəsi baş verib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 16 yanvar tarixində xəbər verir.
Tovuz rayonunun Əyyublu kəndindəki bir mağazadan 200 manat dəyərində tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından 1229 manat pul, Aşağı Quşçu kəndində isə digər mağazada quraşdırılan ödəmə terminalından 17.563 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Qəzənfər Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.