Tovuz rayonunda yol qəzası baş verib. Bu barədə noyabrın 9-da APA xəbər yayıb.
Hadisə Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Hərəkətdə olan "Nissan X-Trail" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub.
Nəticədə sürücü, 38 yaşlı Rövşən Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.