Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Apa 8 fevral tarixində məlumat verib.
"VAZ-21011" markalı avtomobillə "Mitsubishi" Pikap tipli avtomobil toqquşub. Qəza nəticəsində Hunanlar kənd sakinləri - 56 yaşlı Əli Abuzərov və 47yaşlı Nabat Abbasov dünyasını dəyişib.
Tovuz rayon sakinləri 59 yaşlı Mayın Quliyev, 58 yaşlı Asiman Abuzarov və 53 yaşlı Natiq Qasımov xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.