Tovuz rayonunda avtoqəza zamanı 4 nəfər xəsarət alıb. Bu haqda 13 fevral tarixində Report məlumat verib.
İki avtomobilin toqquşması nəticəsində - 18 yaşlı Nicad İsmayılov, 18 yaşlı Samir Tanrıverdiyev, 35 yaşlı Samir Əliyev və 35 yaşlı Nəbi Əhmədov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.