Tovuz rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub. Bu barədə 9 noyabr tarixində Report məlumat verib.
Hadisə "ASAN xidmət" Mərkəzinin yaxınlığında qeydə alınıb.
Qəza nəticəsində 1957-ci il təvəllüdlü T.Əmiraslanov və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.