Türkiyə-İran sərhədində baş verən zəlzələ Naxçıvanda hiss olunub. Bu barədə 18 yanvar tarixində Report məlumat verib.
Yeraltı təkan yerli vaxtla saat 14:08-də Naxçıvan stansiyasından 90 kilometr cənubda qeydə alınıb.
Zəlzələ Naxçıvan Muxtar Respublikasında 3-5 bala qədər hiss olunub.