Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycana təşəkkür edib. Bu barədə İnsanoid bu gün, 6 fevral tarixində xəbər verir.
Səfir bu barədə öz Twitter səhifəsində yazıb:
“Ölkəmizdə baş verən zəlzələ ilə əlaqədar olaraq ilk dəqiqədən etibarən həmrəyliyini göstərən və yanımızda olan qardaş Azərbaycana təşəkkür edirik”.
Səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, nəticədə 76 nəfər ölüb, 440 nəfər yaralanıb.