Türkiyənin Azərbaycandakı səfirliyinin diplomatları, müşavirləri və hərbi attaşesi şəhid Orxan Əsgərovun yas mərasiminə gedib.
Bu barədə Türkiyə səfiri Cahit Bağcı Twitterdə bildirib.
Səfir Orxan Əsgərovun atasına və yaxınlarına başsağlığı verdiklərini diqqətə çatdırıb.
“Türkiyə daima Azərbaycanla birdir və onun yanındadır”, - diplomat əlavə edib.
Askeri ataşemiz, müşavirlerimiz ve diplomatlarımızla birlikte şehit kardeşimiz Orhan Askerov için kurulan taziye çadırına uğrayarak babası Rızvan Asgerov, amcası ve yakınlarına taziyede bulunduk. Türkiye her daim Azerbaycan’la birdir ve yanındadır.
????? pic.twitter.com/i2p3DXjL3P
— Cahit Bağcı (@cahitbagci) January 28, 2023