Türkiyədə azərbaycanlı yol qəzasında xəsarət alıb. Bu barədə Report 3 fevral tarixində məlumat verib.
Türkiyəli Səfər B-nin idarə etdiyi avtobus dayanacaqda dayanmış şəxslərə, daha sonra mikroavtobusa çarpılıb.
Hadisə nəticəsində 51 yaşlı Hikmət Kaya ölüb. Azərbaycanlı Əhməd Rzayev, həmçinin türkiyəli Fatma O., Yeter Bayqın, Oruç, Fehim Aydın və əlcəzairli Messaouda Marike yaralanıblar.
Soydaşımızın durumunun ağır olduğu bildirilib. O, yaxınlıqdakı klinikaya yerləşdirilib.
Avtobus sürücüsü saxlanılıb.
[caption id="attachment_104062" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]