top
Türkiyədə Azərbaycan diasporu zəlzələdən zərər çəkənlərə 1 milyon 500 min manatdan çox yardım edib
11 fevral 2023, 01:17
- ↺ +

Türkiyədə Azərbaycan diasporu zəlzələdən zərər çəkənlərə 1 milyon 500 min manatdan çox yardım edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə zəlzələ baş verən ilk gündən etibarən bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları zərərçəkənlərə yardım kampaniyalarında fəal iştirak edir. Bu barədə İnsanoid Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bu gün, 11 fevral tarixində xəbər verir.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) 9 min manat (100 000 TL) nağd vəsaiti zərərçəkənlərə yardım fonduna köçürüb.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu nəzdindəki Azərbaycan Evi Azərbaycandan, Türkiyədən və Avropa ölkələrindən toplanan 2 yük maşını humanitar yardımı zəlzələ bölgəsinə çatdırıb.

Ankarada fəaliyyət göstərən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi, “Azaflı” Hüquq və Konsaltinq şirkəti zəlzələ bölgəsinə 40 000 manat (450 000 TL) dəyərində 1 TIR humanitar yardım və 6 çadır göndərib. Eyni zamanda 30 nəfərlik 3 könüllü axtarış-xilastemə qrupu yaradılıb. Bu qrup tərəfindən zəlzələ bölgəsində 20 nəfər sağ çıxarılıb, 50-dən çox şəxsin isə meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

İstanbulda azərbaycanlı Elşən Rəsulovun rəhbərlik etdiyi “ARS” və “Unixpadel” idman təsisatları və qurğuları şirkəti 153 500 manat (1 700 000 TL) dəyərində 3 TIR içməli suyu və 2 TIR humanitar yardımı zəlzələ bölgəsinə göndərib. Xilasetmə işlərində istifadə olunmaq üçün 3 ekskavator, 1 ədəd qreyder və 2 yükqaldırıcını icarəyə götürüb. Şirkətin Adıyamandakı fabrikində 500 nəfər zərərçəkənin yerləşdirilməsi təmin olunub.

Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən 2 700 manat (30 000 TL) dəyərində uşaq bezləri, isti geyim, yataq, 40 cüt ayaqqabı, quru yeməklər, uşaq yeməkləri və uşaq paltarlarından ibarət mallar toplanaraq zəlzələ bölgəsinə yola salınıb.

Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi zərərçəkənlərə yardım fonduna 270 manat (3 000 TL) köçürüb, zəlzələ bölgəsinə 5 400 manat (60 000 TL) dəyərində humanitar yük göndərib.

İzmirdə fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyi AFAD-ın hesabına 9 000 manat (100 000 TL) vəsait köçürüb.

İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Azərbaycan Kültür Evi zərərçəkənlərə yardım fonduna 900 manat (10 000 TL) vəsait köçürüb, zəlzələ bölgəsinə 27 000 manat (300 000 TL) dəyərində 1000 ədəd adyal göndərib.

Hatay Azərbaycan Evi Osmaniyə şəhərində zəlzələdən zərər çəkmiş 5 azərbaycanlı ailəyə gündəlik zəruri ehtiyaclarının qarşılanması üçün humanitar yardım göndərib.

İstanbulda fəaliyyət göstərən İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyi zərərçəkənlərə yardım fonduna 1 700 manat (1000 ABŞ dolları) vəsait köçürüb, 5 100 manat (3 000 ABŞ dolları) dəyərində isti geyim, ərzaq, gigiyena və tibbi ləvazimatları zəlzələ bölgəsinə göndərib.

Ankarada fəaliyyət göstərən Təbriz Araşdırmaları İnstitutu, eləcə də Güney Azərbaycan və Qaşqay türkləri 1 800 manat (20 000 TL) dəyərində olan ərzaq, isti geyim, dərman və tibbi ləvazimatları zəlzələnin episentri olan Kahramanmaraş vilayətinə yollayıblar.

İğdır Vəqfi isə 2 700 manat (30 000 TL) maddi vəsaiti AFAD-ın İğdır şöbəsinin bank hesabına köçürüb, 1000 ədəd palto və 1000 ədəd çəkmədən ibarət humanitar yardımı zəlzələ bölgəsinə göndərilmək üçün Ankara Böyükşəhər Bələdiyyəsinə təhvil verib.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Bu gün, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Oxşar xəbərlər