Türkiyədə zəlzələ zamanı xəsarət alan 10 uşaq, 12 böyük şəxs olmaqla, ümumilikdə 6 ailə Azərbaycana gətirilib. Bu barədə Report 13 fevral tarixində məlumat verib.
Onlar Bakıda K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstituna (OMD) yerləşdirilib.
Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin sektor müdiri Aynurə Zeynalovanın sözlərinə görə, gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır:
"Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Xəstəxanaya daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdirilib, hər tərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir".
Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər.