Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib. Bu barədə 16 fevral tarixində Report məlumat verib.
Cənazələri Heydər Əliyev Beynəlxalq Hava Limanında mərhumların yaxınları qarşılayıblar.
Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışlardan sonra fevralın 14-ü tarixində tapılıb.
Qeyd edək ki, fevralın 6-sı Türkiyədə zəlzələ baş vermişdir. Nəticədə 35 418 nəfər həlak olub.
[gallery size="full" link="file" ids="105682,105683,105681"]