Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.
Bu barədə 6 fevral tarixində Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, Türkiyədə 7 şəhərdə zəlzələ baş verib. Prezident İlham Əliyevin tapşırığı ilə FHN-nin 370 nəfərlik heyəti Türkiyəyə göndərilir.