Bu günə qədər Türkiyənin zəlzələ bölgələrindən Azərbaycana 513 nəfər təxliyə olunub. Bu haqda 14 fevral tarixində Apa məlumat verib.
Təxliyə olunanların arasında Azərbaycan Respublikası vətəndaşları və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları var.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, təxliyə prosesi davam edir.