Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 maqnitudalı zəlzələ olub. Bu barədə İnsanoid Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən bu gün, 27 fevral tarixində məlumat verir.
Yeraltı təkanların ocağı 8,51 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 06:51-də qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.