Türkiyədə istehsal olunan ilk yerli elektromobil - “Togg”un sayca ikinci modeli Azərbaycana gətirilib. Bu barədə 4 aprel tarixində Report məlumat verib.
Bununla bağlı Prezident İlham Əliyev Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşdə məmnunluğunu bildirib, Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə edib.
İlham Əliyev bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.
Qeyd olunub ki, “Togg”un Gəmlikdəki zavodu ötən ilin 29 oktyabrında açılıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb.