Türkiyənin Kayseri şəhərinin Hacılar rayonunda 4,8 maqnitudalı zəlzələ olub. Bu barədə İnsanoid Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən bu gün, 10 mart tarixində məlumat verir.
Yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 06:28-də qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.