Ucarda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 22 aprel tarixində APA məlumat verib.
Hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota” markalı minik maşını yol kənarında dayanmış “Mercedes”ə çarpılıb. Nəticədə müxtəlif xəsarətlər alan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Xaləddin Sabir oğlu Həsənov, Ucar rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Niyaz oğlu Qədirov, Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Pərvin Qurban oğlu Mehdiyev, Laçın rayon sakini, 2003-cü il təvəllüdlü Fərid Abbas oğlu Abbasov və Tərtər rayon sakini, 2004-cü il təvəllüdlü Ziya İntiqam oğlu Məmmədzadə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.