Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 4 mart tarixində APA məlumat verib.
Hadisə Bakı-Qazax əsas avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" və "Hyundai" markalı minik maşınlarının toqquşması nəticəsində "Hyundai" yoldan çıxaraq su arxına aşıb. Nəticədə 7 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
[gallery columns="2" link="file" size="full" ids="108108,108107"]