Ucarda avtomobil velosipedçini vuraraq öldürüb. Bu barədə 9 noyabr tarixində APA məlumat verib.
Hadisə Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.
"Mercedes Vito" markalı avtomobil yolu keçən velosipedçi, rayonun Qaradağlı kənd sakini, 1966-cı il təvəllüdlü Əbülfət Sabir oğlu Həsənovu vurub.
Ağır xəsarət alan Həsənov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.