Ucarda güclü külək fəsadlar törədib. Bu barədə 13 aprel tarixində APA məlumat verib.
Bu gün günorta saatlarından etibarən əsməyə başlayan güclü külək rayonun Heydər Əliyev prospektində, Elnur Hacıyev və Azərbaycan küçələrində bir neçə şam ağacını aşırıb.
H. Əliyev prospektində aşan irigövdəli ağac avtomobil yolunun hərəkət hissəsini tamamilə kəsib. Aidiyyəti qurumlar tərəfindən ağac ərazidən götürülüb, yol açılıb. Bundan əlavə, 3 saata yaxın davam edən güclü külək nəticəsində elektrik təsərrüfatına da ziyan dəyib. Məlumata görə, bir neçə ərazidə ağacların naqillərin üzərinə aşması nəticəsində qırılmalar baş verib. Hazırda ərazidə təmir-bərpa işləri aparılır.
Qeyd olunub ki, hazırda rayonun bir sıra yaşayış ərazilərində elektrik təchizatı müvəqqəti dayandırılıb.