Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən reabilitasiya mərkəzində müalicə alan gənc faciəli şəkildə ölüb. Bu haqda 2 fevral tarixində Oxu.az məlumat verib.
Hadisə yanvarın 31-nə keçən gecə “Uğur yolu” – narkotik asılılığı olan şəxslərin reabilitasiya mərkəzində baş verib. Müalicə alan 27 yaşlı Roma Fataxov özünü həyətdəki hovuza atıb. O, hovuzdan çıxarıldıqdan bir qədər sonra halı qəfil pisləşib. Xəstəxanaya aparılan şəxs orada vəfat edib.
R.Fataxovun hansı şəraitdə və nə məqsədlə hovuza atılması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.