Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi döyüşlərdə həlak olub. Bu barədə 2 aprel tarixində Report məlumat verib.
Məlumata görə, 35 yaşlı zabit Novruzov Elvin İlqar oğlunun meyiti cəbhədə itkin düşəndən bir müddət sonra tapılıb.
Əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukrayna vətəndaşıdır.
O, Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş rayonunda yaşayıb. Ailəli idi, 1 övladı var.