İstismara veriləndən bu il noyabrın 1-nə kimi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağından təqribən 6 milyard kubmetrdən çox qaz və 950 min tondan çox kondensat hasil edilib. Bu barədə 24 noyabr tarixində Energetika Nazirliyi məlumat verib.
Hazırda yataqda 4 istismar quyusu fəaliyyət göstərir.
Qeyd edək ki, 2010-cu il 24 noyabr tarixində “Ümid” yatağı kəşf edilib. “Ümid” yatağı Bakıdan 75 kilometr cənubda, qurudan 40 kilometr məsafədə Xəzər dənizində yerləşir. Yataq 2012-ci ildə istismara verilib.