Qubadlı rayon prokurorluğunun əməkdaşı Məhəmməd Hacıyev vəzifəsindən azad edilib. Bu barədə aprelin 1-də APA məlumat yayıb.
O, Qubadlı Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışırdı.
Qeyd edək ki, M. Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Vilyam Hacıyevin oğludur.