Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib. Bu barədə İnsanoid Federasiyanın Mətbuat Xidmətinə istinadən bu gün, 12 aprel tarixində məlumat verir.
Bu barədə qurumun İdarə Heyətinin bugünkü iclasında qərar verilib.
İclasda AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər: Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.
Baş katib vəzifəsinin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.