Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında bürünc medal qazanan komanda bəlli olub. Bu barədə Report 18 aprel tarixində xəbər verib.
Üçüncü qarşılaşmada UNEC-i 3:0 (25:19, 25:15, 25:16) hesabı ilə məğlub edən "Murov" üçüncü yeri rəsmiləşdirib.
Komanda əvvəlki iki görüşdə də quru hesabla qalib gəlmişdi.
Bu gün, həmçinin Yüksək Liqada qızıl medalçı da müəyyənləşəcək. Əvvəlki matçlarda rəqibini üstələyən "Azərreyl" "Abşeron"u məğlub etsə, çempion adını qazanacaq.