Bu gün, aprelin 6-dan Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin uçan damının təmirinə başlanılıb. Bu haqda Report Abşeron Rayon Təhsil Şöbəsinə istinadən xəbər paylaşıb.
Məlumata görə, şagirdlər müvəqqəti olaraq distant təhsilə cəlb olunublar.
Məktəbin damı aprelin 4-də güclü külək nəticəsində uçub.