Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris dayandırılıb. Bu haqda aprelin 4-də APA məlumat yayıb.
Dərslərin dayandırılması təhlükəsizlik tədbirləri ilə əlaqədardır. Buraxılmış proqram materiallarının tədrisi əlavə dərs saatlarının hesabına təmin ediləcək.
Qeyd edək ki, bu gün əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.