Xəzər dənizində zəlzələ olub. Bu barədə aprelin 1-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar dünən yerli vaxtla saat 23:24-də 3,8 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 22 kilometr dərinlikdə yerləşib.