Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi məqsədilə növbəti balıq buraxılışı baş tutub. Bu barədə Report 11 aprel tarixində məlumat verib.
Rayonda yerləşən Xaçınçay su anbarına 40 min ədəd çəkikimi balıq körpəsi buraxılıb.
Mərasimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Minatəmizləmə Agentliyi, Turizm Agentliyi və Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.