top
“Xaliq Faiqoğlu”nu öz direktoru məhkəməyə verib
27 yanvar 2023, 00:07
- ↺ +

“Xaliq Faiqoğlu”nu öz direktoru məhkəməyə verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-yə qarşı növbəti dəfə məhkəmə iddiası qaldırılıb. Bu barədə İnsanoid Qaynarinfo-ya istinadən bu gün, 27 yanvar tarixində məlumat verir.

Bu dəfə məhkəmə iddiası şirkətin direktoru Seyidov Faiq Sadıq oğlu tərəfindən qaldırılıb.

Məhkəmə iddiasının borc müqaviləsi üzrə mübahisələrlə bağlı olduğu bildirilir. İşə Ali Məhkəmədə hakim Kəmalə Abiyevanın sədrliyi ilə baxılacaq.

Nizamnamə kapitalı 20 manat olan “Xaliq Faiqoğlu” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Paytaxt ərazisində 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC-nin uzun müddətdir dövlət büdcəsinə də böyük həcmdə vergi borcu var. Hazırda (23.01.2023-cü il tarixinə) MMC-nin vergi borcu 287 min 60 manat 92 qəpik təşkil edir.

Seyidov Faiq Sadıq oğlu “Xaliq Faiqoğlu” MMC-nin tabe olduğu “Safa Holdinq”ə də rəhbərlik edir. “Xaliq Faiqoğlu”ndan başqa “Safa Holdinq”in tərkibində “Safa Plaza”, “Safa Beauty and Spa”, “Safa Restoran”, “Safastore” və “Safa İnşaat” da fəaliyyət göstərir.

Son zamanlar “Xaliq Faiqoğlu” MMC-yə qarşı bir sıra məhkəmə iddiaları qaldırılıb.

– Ötən ilin noyabr ayında “SOCAR Petroleum” QSC “Xaliq Faiqoğlu” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb;

– 2022-ci ilin aprel ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Xaliq Faiqoğlu” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində icarə müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb;

– Ötən ilin aprel ayında Azərbaycanda aparıcı mobil rabitə operatorlarından biri olan “Azerfon” MMC (“Nar mobile”) də “Xaliq Faiqoğlu” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb;

–  Bunlardan başqa, Azərbaycanda avtobus və yük avtomobillərinin satışını həyata keçirən “Grand Motors” MMC və avtomobillərin ehtiyat hissələrinin idxalı və topdan satışı ilə məşğul olan “Lokomotiv” MMC də “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıblar.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Bu gün, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Oxşar xəbərlər