Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz dəfn olunub. Bu barədə Report 21 fevral tarixində məlumat verib.
Mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.