Xankəndi Şəhər Prokurorluğunun inzibati binası istifadəyə verilir. Bu barədə İnsanoid Baş Prokurorluğa istinadən bu gün, 24 iyun tarixində məlumat verir.
Bildirilib ki, hazırda inzibati binanın istifadəyə verilməsi ilə əlaqədar təntənəli tədbir keçirilir.
Tədbirdə baş prokuror Kamran Əliyev, Baş Prokurorluğun rəhbər şəxsləri, millət vəkilləri, QHT sədrləri və digər ictimaiyyət nümayəndələri iştirak edirlər.