Xankəndi və Şuşa istiqamətində olan yolda hazırda tıxac yaranıb. Bu barədə İnsanoid bu gün, 13 dekabr tarixində xəbər verir.
Azərbaycanlıların Laçın yolunda keçirdiyi etiraz aksiyası nəticəsində Google-a məxsus xəritədə həmin istiqamətdə olan yollarda avtomobllərin sıxlığı müşahidə olunur.
Ötən gündən başlayan etiraz aksiyası hələ də davam etməkdədir. Aksiyaya qoşulanların sayı bu gün daha da artıb. Paytaxtdan idmançı və könüllülər də həmvətənlərimizə dəstək olmaq üçün oraya yollanıblar.
Sülhməramlıların durduğu postun qarşısında iştirakçılar üçün əlavə çadırlar quraşdırılıb.