Xaricdən Azərbaycana gətirilən 22 ton xörək duzunda nöqsanlar aşkarlanıb. Bu barədə 13 fevral tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Belə ki, “İnovax General Trading” MMC-nin Pakistandan idxal etdiyi “S S Brothers” şirkətinin istehsalı olan, ümumi çəkisi 22.29 ton xörək duzu məhsuluna (10.10.2022-31.12.2024 istehsal və son istifadə tarixli) Agentliyin müfəttişlərinin keçirdiyi baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.