top
Xarici işlər naziri Beynəlxalq Donorlar Konfransına qatılıb
21 mart 2023, 07:30
- ↺ +

Xarici işlər naziri Beynəlxalq Donorlar Konfransına qatılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında iştirak edib. Bu haqda 21 mart tarixində Qafqazinfo.az xəbər yayıb.

Konfrans Brüsseldə keçirilib və zəlzələ fəsadlarının aradan qaldırılmasına dəstək məqsədini daşıyıb. Burada Avropa İttifaqının (Aİ) üzvləri, qonşu və tərəfdaş ölkələr, “Böyük İyirmilik” (G20), Körfəz Əməkdaşlığı Şurası ölkələri, BMT, digər beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq, habelə Avropa maliyyə institutları təmsil olunub.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin, Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersonun və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videoformatda çıxışlarından sonra Türkiyədə fəlakət sonrası ehtiyacların Türkiyə hökuməti, BMT-nin İnkişaf Proqramı, Dünya Bankı və Aİ tərəfindən hazırlanmış ilkin qiymətləndirilməsi təqdim edilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun nitqindən sonra yardım vədləri sessiyası çərçivəsində Konfrans iştirakçılarının çıxışları dinlənilib.

Nazir Ceyhun Bayramov tədbirin təqdirəlayiq olduğunu qeyd edib. O, Azərbaycanın dağıdıcı zəlzələlər nəticəsində böyük insan tələfatı, o cümlədən dağıntılarla üzləşən qardaş Türkiyə, habelə Suriya ilə həmrəyliyini bildirib.

Zəlzələnin ilk günlərindən etibarən Azərbaycanın Türkiyəyə axtarış-xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımlar göndərdiyi diqqətə çatdırılıb. Azərbaycanın bölgəyə 940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri, 5300 tondan artıq humanitar yük göndərdiyi qeyd olunub. Türkiyəyə zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə indiyə qədər 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərildiyi vurğulanıb.

Azərbaycanın bölgədə bərpa-quruculuq işinə töhfəsi çərçivəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub.

[caption id="attachment_110029" align="alignnone" width="696"]Ceyhun Bayramov Foto açıq mənbədən[/caption]

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Oxşar xəbərlər