12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu azad edilmiş ərazilərə səfər çərçivəsində Füzuli rayonuna səfər edib. Bu barədə 4 fevral tarixində APA məlumat verib.
ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan səyyahlar rayon ərazisində 30 ilə yaxın müddətdə törədilmiş dağıntıları, talan edilmiş maddi-mədəni irsi lentə alıblar.
Daha sonra səyyahlar Füzuli Beynəlxalq Hava Limanında olublar. Sonra isə 12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu tarixi Azıx mağarasında olub.
Səyyahlara mağarada aparılan arxeoloji qazıntılar barədə məlumatlar verilib. Vurğulanıb ki, ərazidə erməni işğalı zamanı vandallıqlar törədilib.
Heyət üzvləri 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.