Xətai rayonunda 1 400 metr uzunluğa malik Cavanşir küçəsi əsaslı təmir edilib. Bu barədə 24 noyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Küçə boyu 2 800 p/m yeni bordür, 762 p/m yeni səki daşı düzülüb.
Kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də icra olunub.
Qeyd edək ki, Xətai rayonu üzrə ümumi uzunluğu 13 kilometrdən çox olan küçələrin təmiri cari ilin sonuna qədər yekunlaşdırılacaq.
Agentlik tərəfindən Xətai rayonu ərazisində 2021-ci ildə isə 14,2 kilometr uzunluğa malik küçədə təmir işləri aparılıb.